Obama Avropa səyahətinə başladı

Obama Avropa səyahətinə başladı

24 May 2011 11:11
Bəyəndim (0) Bəyənmədim (0)

Xəbər verdiyimiz kimi, Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obama, dörd ölkəni əhatə edən və altı gün davam edəcək Avropa səyahətinə İrlandiyadan başlayıb. Bunun üçün ölkədə güclü təhlükəsizlik tədbirləri görülmüşdür.

İrlandiya səfərinin ən maraqlı anı isə kiçik bir kənd olan Moniqalda yaşanacaq. Obamanın ailə şəcərəsini araşdıran mütəxəssislər Amerika prezidentinin babasının 1830-cu ildə əhalisi 300-dən az olan bu kənddə doğulduğunu təyin etmiş və Obamanın İrlandiya qanı daşıdığını ortaya çıxarıblar.

Obamanın İrlandiyadan sonra İngiltərəyə gedəcəyi gözlənilir. Barak Obama burada xanımı Mişel ilə birlikdə Kraliça II Yelizavetanın qonağı olaraq Bukinqem sarayında qalacaq. İngiltərə səfərinin ardından Fransada "G8" zirvəsinə qatılacaq. Daha sonra isə Obama buradan Polşaya keçəcək.

Obama ilə arvadı gəzəyən çıxdılar. Təsadüfi deyil ki, nənəsi bir yerdəndir, babası başqa yerdən...

Tofiq Əliyev

O.M.