Wikileaks: Əl Qaidəni S.Ərəbistanı və BƏƏ maliyyələşdirirdi

Wikileaks: Əl Qaidəni S.Ərəbistanı və BƏƏ maliyyələşdirirdi

23 May 2011 18:58
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın Утро (qeyd: Səhər) qəzetinin Wikileaks-ə istinadən yaydığı məlumata görə, uzun illər Əl Qaidə terror təşkilatını maliyyələşdirən mənbə aşkar edilib. Bu, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri dövlətləridir. Onlar Pakistanın Pəncab vilayətində fəaliyyət göstərən terrorçulara hər il 100 milyon ABŞ dolları göndərirdilər. Vəsaitlər əsasən diversiya və azyaşlıların təşkilata cəlb olunması işlərinə xərclənirdi. Belə ki, hətta 8 yaşadək körpələr də təşkilatın maraq dairəsinə daxil idi. Maliyyə əməliyyatları dini və xeyriyyə təşkilatlarının vasitəsilə ötürülürdü. Hələlik nə rəsmi Ər-Riyad, nə də Abu-Dabi fakt barəsində bəyanat verməyə tələsmir.


Heç təsadüfi deyil ki, ödəniş ABŞ valyutası ilə aparılırdı. Deməli, əsas donor elə ABŞ özü idi.

Hafiz Əhmədov

O.M.