Qalmaqal-İtaliyanı lezbiyan idarə edirmiş!

Qalmaqal-İtaliyanı lezbiyan idarə edirmiş!

23 May 2011 18:01
Bəyəndim (0) Bəyənmədim (0)

Bildiyiniz kimi, İtaliyanın Baş naziri Silvio Berluskoni azyaşlı ilə cinsi əlaqədə olduğu üçün qanunla problemlər yaşayırdı. Bu hadisə onun həyatına o qədər təsir etdi ki, siyasətçi sözün əsl mənasında ağlını itirməyə başladı. Hətta onun sonuncu bəyanatı tərəfdarlarını belə dəhşətə gətirdi. Rusiyanın "Бизнес стиль" saytının yazdığına görə, ötən həftənin sonunda Silvio Berluskoni axmaq bir hərəkət etdi.

Belə ki, ötən həftənin bazar günü Berluskoni rəhbərlik etdiyi Azadlıq Partiyasının üzvlərini mitinqə dəvət etmişdi. O, tərəfdarlarına nə dedi ki, hamı heyrətləndi? Əlbəttə ki, nə istefaya gedəcəyini, nə də ölkədəki son siyasi vəziyyəti dilə gətirdi. Baş nazir "mavi" olduğunu, daha doğrusu, ¼ hissəsinin homoseksual olduğunu çəkinmədən bəyan etdi. O geniş auditoriya qarşısında dedi: "sizin hər birinizin 25 faiz homoseksuallığa meyliniz var, mənim də həmçinin. Mənim sizdən yeganə fərqim odur ki, mənim homoseksuallığım lizbiyanlıqdan ibarətdir. Mən bunu xeyli düşündükdən sonra anlamışam." Yəqin ki, baş nazir tez-tez təşkil etdiyi "əyləncələr" zamanı qadınları təkcins sevişməyə sövq etməkdən ilham alıb. Hər halda iqtidar partiyasının mitinqində bu cür danışmaq axmaqlığın bir göstəricisidir.

İtaliya Baş nazirinin bir parça əti başına bəla olub. Əlbəttə ki, dilini nəzərdə tuturam...

Hafiz Əhmədov

O.M.