“Cihadın səsi”: “Molla Ömər ölməyib”

“Cihadın səsi”: “Molla Ömər ölməyib”

23 May 2011 16:51
Bəyəndim (0) Bəyənmədim (0)

"Reuters" agentliyinin verdiyi məlumata əsasən, "Taliban" hərəkatının radikal lideri Molla Ömər ölməyib.

Əfqanıstanın "TOLO" telekanalının yayımladığı məlumatda deyilir ki, Molla Ömər Pakistanın Kvetta şəhərindən Əfqanıstanın Viziristan vilayətinə gedərkən öldürülüb. Lakin onun nə vaxt, harada və kim tərəfindən öldürüldüyü barədə heç bir açıqlama verilmir.


"Taliban" hərəkatı rəhbərliyi xəbərin şayiə, dezinformasiya və təbliğat olduğunu bildirir. "Cihadın səsi" internet-saytında Əmirək-Müəmmanın (Molla Ömərin) sağ-salamat və etibarlı bir yerdə olduğu haqda yazılıb.

Ölüm var ki, həyat qədər dəyərli, həyat var ki, ölümdən də zəhərli.

Bəhram Mustafabəyli

O.M.