Rəcəb Tayyib Ərdoğanı bombalamaq istədilər

Rəcəb Tayyib Ərdoğanı bombalamaq istədilər

23 May 2011 13:56
Bəyəndim (0) Bəyənmədim (0)

Rəcəb Tayyib Ərdoğan seçim turlarına sabah Güneydoğuda davam edəcək.


Türkiyənin Şırnak yolu üzərində bomba ələ keçirilib. Uzaqdan idarə olunan bu bomba baş nazirin sabah təşkil olunacaq mitinqə gedən qoruma karvanının keçəcəyi körpünün altına yerləşdirilmişdi.


Xatırladaq ki, bomba polis bölməsinə naməlum zəngdən sonra üzə çıxıb. Dərhal hadisə yerinə bomba mütəxəssisləri çağırılıblar. Onlar yolu bağladıqdan sonra bombanı təsirsiz hala gətirə biliblər.

Xalqla baş nazirin arasında olan körpünü dağıtmaq istəyənlər, Ərdoğanın keçdiyi körpünü də partlatmaq istəyiblər.

Günel Həbib

O.M.