Məhərrəm Əliyevin Tacikistandakı səlahiyyəti bitdi

Məhərrəm Əliyevin Tacikistandakı səlahiyyəti bitdi

20 May 2011 16:00
Bəyəndim (0) Bəyənmədim (0)

Tacikistan prezidenti Emomali Rahmon Azərbaycanın bu ölkədəki səfiri Məhərrəm Əliyevi səlahiyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib.


M. Əliyev Terrorçuluq, narkomaniya və ekoloji cinayətlərlə mübarizə üzrə beynəlxalq komitənin (İNTERSAFETY) "Aypara və ulduz" ordenini E. Rahmona təqdim edib. Bu ordenlə insanpərvərlik və ədalət ideyalarının həyata keçirilməsi və təbliğatına önəmli töhfə verən müsəlman ölkələrinin rəhbərləri təltif olunur.

Görüşdə Azərbaycan və Tacikistan arasındakı ikitərəfli əməkdaşlıq məsələləri də müzakirə edilib. E. Rahmon M. Əliyevin diplomatik fəaliyyətini müsbət qiymətləndirib.

Könül Aypara

O.M.