Obama sülh istəyir...

Obama sülh istəyir...

6 Aprel 2011 10:16
Bəyəndim (0) Bəyənmədim (0)

Barak Obama İsraildən Fələstinlə münasibətləri düzəltməsini istədi.

Dünən Vaşinqtonda görüşən prezidentlərin əsas müzakirə obyekti Yaxın Şərqdə baş verən hadisələr olub.

Obama Şimon Perezdən siyasi proseslərin gərginləşdiyi bir vaxtda Fələstinlə sülh danışıqlarının bərpasını, raket hücumlarının dayandırılmasını istəyib. Perez isə Obamayla həmfikir olduğunu bildirib.

Fələstin tərəfi isə Qəzza bölgəsindəki yeni yaşayış məskənlərinin inşasının dayandırılması şərti ilə sülh danışıqlarının yenidən bərpasına razı olduqlarını bildirib.

Bu arada BMT İsrailin yeni məskən inşasını pisləyib.