Azərbaycan dünyaşöhrətli sammitdə iştirak edib

Azərbaycan dünyaşöhrətli sammitdə iştirak edib

20 May 2011 12:51
Bəyəndim (0) Bəyənmədim (0)

Mayın 17-dən 19-dək Amerika Birləşmiş Ştatlarının Las-Veqas şəhərində 11-ci Qlobal səyahət və turizm sammiti keçirilmişdir. Sammitdə Azərbaycanı mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil etmişdir. Biir sıra xarici ölkələrin prezidentləri, turizm nazirləri, dünyanın turizm sənayesinin aparıcı biznes strukturları və şəbəkələri, turizm və səyahət şirkətləri rəhbərləri, şəhər merləri, və s. daxil olmaqla 65 ölkədən nümayəndə heyətinin qatıldığı bu mötəbər sammitdə Azərbaycan ilk dəfədir ki, iştirak etmişdir.
Sammitdə turizm sənayesinin yeni inkişaf mərhələləri, bu sahədə infrastruktur və texnologiyaların yaratdığı imkanlar, turizm sənayesinin iqtisadiyyatın inkişafında rolu və digər məsələlər üzrə işgüzar müzakirələr aparılmışdır.
Sammit çərçivəsində nazir Əbülfəs Qarayev Yaponiya Milli Turizm Təşkilatının prezidenti Tadatoshi Mamiya, Çin Xalq Respublikasının Milli Turizm Administrasiyasının vitse-prezidenti Ju Shanconq, Sudanın turizm naziri Ahmed Babkier Nihar ilə görüşlər keçirmişdir.

Könül Aypara