25 milyon dollar mükafat Dövlət Departamentinə qaldı

25 milyon dollar mükafat Dövlət Departamentinə qaldı

20 May 2011 12:38
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ Dövlət Departamenti Usama ben Ladenin başı üçün təyin etdiyi 25 milyon dollar mükafatı heç kəsə ödəməyəcək. Çünki onun gizləndiyi yeri radioelektron kəşfiyyatının məlumatları əsasında aşkarlayıblar. Bu haqda açıqlamanı ABC telekanalı yayımlayıb.

İndi "Əl-Qaidə"nin yeni rəhbəri misirli Seyf əl Adla görə "Revards for Justice" proqramı yeni mükafat təsis edib - 5 milyon dollar.

Hələlik isə ən bahalı terrorçu Ayman az-Zəvahiri hesab olunur. Onun tutulması üçün məlumat verəni 25 milyon dollar mükafat gözləyir.

Bilirdik ki, şərab qaldıqca dadlanır və qiymətə minir. Amma terrorçuların da bu xüsusiyyətlərə malik olduğunu bilmirdik...

Bəhram Mustafabəyli

O.M.