Avropa Birliyi  "qara siyahı" haqqında düşünür

Avropa Birliyi "qara siyahı" haqqında düşünür

20 May 2011 11:54
Bəyəndim (0) Bəyənmədim (0)

Avropa Birliyi Liviya hakimiyyətinə qarşı sanksiyaları sərtləşdirmək niyyətindədir.

France Presse-dən verilən xəbərə görə, Qəddafinin nəzarəti altında olan Liviyanın neft limanları "qara siyahı"ya salına bilər.

Artıq AB ekspertləri Tripoli, Zouari, Ez-Zavie, Homs, Ras Əl-Lanufe və Marse-el-Breqe limanlarına qarşı sanksiyaların tətbiq olunması barədə razılığa gəliblər.

Sanksiyaların sərtləşdirilməsi məsələsinə Aİ Sanksiyalar Üzrə Komitəsində baxılacaq. Bu barədə qərar qəbul olunarsa, embarqo iyun ayında qüvvəyə minəcək.

Qara qızıl qara siyahıya düşübsə, deməli, Qərbin qara niyyətləri davam edir...

Bəhram Mustafabəyli

O.M.