Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə telefon açıb

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə telefon açıb

20 May 2011 11:51
Bəyəndim (0) Bəyənmədim (0)

Mayın 19-da Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng etmişdir.

Rəcəb Tayyib Ərdoğan Azərbaycan nümayəndələrinin Almaniyanın Düsseldorf şəhərində keçirilmiş "Eurovision-2011" müsabiqəsində qazandıqları parlaq qələbə münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırmış və bu qələbənin Türkiyədə çox böyük sevinclə qarşılandığını vurğulamışdır.

Dövlət başçısı göstərilən diqqətə və təbrikə görə Türkiyənin Baş nazirinə minnətdarlığını bildirmişdir.

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini ifadə etmişlər.

Biz də Türkiyəni bu münasibətlə təbrik edirik. Çünki bir millət 2 dövlətik.

Hafiz Əhmədov

O.M.