Ben Laden inqilabların yayılmasını vəsiyyət etdi

Ben Laden inqilabların yayılmasını vəsiyyət etdi

19 May 2011 10:46
Bəyəndim (0) Bəyənmədim (0)

Reutersin məlumatına görə, Əl Qaidə təşkilatı Usamanın ölümqabağı video yazısını yayıb. Vəsiyyəti xatırladan bu çıxış terrorçunun dünyaya son səslənməsi olub. O, çıxışında Ərəb ölkələrində baş qaldırmış üsyanları alqışlayaraq, bu etiraz dalğalarının daha böyük coğrafiyalara yayılmasını arzu edib. Terrorçu həmçinin Yaxın Şərq dövlətlərində korrupsiya, təsərrüfatsızlıq, avtokrat idarəçilik və bir çox neqativ halları pisləyib.


"İnqilab günəşi Məğribdən doğdu. İnqilab Tunisdən başladı. O, millətə rahatlıq gətirdi və insanların çöhrəsini güldürdü", deyən Usama gəncləri səfərbər olmağa, eyni zamanda təcrübəli insanlardan məsləhət almağa səslədi. Hərçənd, o, birbaşa Liviya, Suriya və ya Yəmənin adlarını çəkmədi, hansılarda ki, silahlı üsyanlar davam edir, bununla belə, üsyanları dəstəklədiyini bildirdi.


Xatırladaq ki, Tunis prezidenti Zin əl Abidin Bin Ali yanvar ayında devrildikdən sonra Misir prezidenti Hüsnü Mübarək də analoji addımı atmalı olmuşdu.


Yəqin ki, Usamanın o dünyada siyasətlə məşğul olmağa vaxtı yoxdur...

Hafiz Əhmədov

O.M.