Konfessiyaların fəaliyyəti üçün hər cür şərait var

Konfessiyaların fəaliyyəti üçün hər cür şərait var

18 May 2011 20:28
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov Gürcüstan Patriarxının xüsusi nümayəndəsi, Gürcü Pravoslav Kilsəsinin Xornabuci və Hereti Yeparxiyasının yepiskopu Arkadi Xaçidzeni və Gürcüstanın ölkəmizdəki səfiri Teymuraz Şaraşenidze ilə görüşmüşdür. Görüşdə din sahəsində ikitərəfli əlaqələr, Azərbaycandakı gürcü pravoslav məbədlərinin mövcud vəziyyəti və onlara məxsus dini icmaların fəaliyyəti müzakirə olunmuşdur.
H.Orucov vurğulanmışdır ki, Azərbaycanda müxtəlif konfessiyaların, o cümlədən gürcü pravoslav dini icmalarının da fəaliyyəti üçün hər cür şərait yaradılmışdır. Komitə tərəfindən Qax rayonunda dövlət qeydiyyatına alınmış iki gürcü pravoslav dini icması sərbəst fəaliyyət göstərir.
Azərbaycanda qeyri-islam təmayüllü dini icmalara xaricdəki mərkəzlərinə tabe olmaq hüququ verildiyini diqqətə çatdıran komitə sədri bildirmişdir ki, bu məsələdə heç bir icmaya məhdudiyyət qoyulmamışdır. Hətta, mənsublarının sayı çox az olan dini icmaların da bu qaydada fəaliyyət göstərməsi üçün lazımi şərait yaradılmışdır.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunmuşdur.

Könül Aypara