ABŞ-ın kiber kosmos strategiyası açıqlandı

ABŞ-ın kiber kosmos strategiyası açıqlandı

17 May 2011 16:33
Bəyəndim (0) Bəyənmədim (0)

Obama rəhbərliyinin açıqladığı bir hesabatla ABŞ-ın kiber hücumlara qarşı inkişaf etdirdiyi yeni siyasəti ortaya çıxmış oldu. Beynəlxalq Kiber Kosmos Strategiyası başlıqlı hesabata görə, NATO üzvü olan ölkələrdən birinə ediləcək kiber hücum, bütün NATO ölkələrinə edilmiş kimi qəbul ediləcək. Hesabatda fərdi kiber quldurlar, şirkətlər və düşmən dövlətlərin yaratdığı təhdidlərə qarşı necə mübarizə edilməsi lazım olduğu göstərilib.

ABŞ tarixindəki ən böyük məlumat sızıntılarından birinə səbəb olan "Wikileaks" nə hesabatda, nə də hesabatın açıqlandığı çıxışda iştirak edib. Xarici işlər naziri Hillari Klinton "Wikileaks"ə heç toxunmadan "internet azadlığının ABŞ siyasətinin diqqət mərkəzində olduğunu" ifadə edib.


Xatırladaq ki, 2007-ci ildə Rusiyadan qaynaqlandığı düşünülən bir kiber hücum Estoniyada böhrana gətirib çıxarmışdı. NATO-nun üzvü olan Estoniya birliyin kiber hücumlara qarşı birgə hərəkət edib-etmədiyi mövzusunda məlumata sahib deyildi. ABŞ , İngiltərə və digər üzv ölkələr isə bu məsələni göz ardı etmişdi.


Bizim bu yazını kiber hücum kimi qiymətləndirməməyiniz üçün nəticəni öz ixtiyarınıza buraxırıq...

Tofiq Əliyev

O.M.