Pakistan ABŞ-dan üz döndərir

Pakistan ABŞ-dan üz döndərir

17 May 2011 14:37
Bəyəndim (0) Bəyənmədim (0)

Reuters xəbər agentliyinin yaydığı məlumata görə, bu gündən etibarən Pakistanın Baş naziri Yusuf Rza Gilani Çin Xalq Respublikasına işgüzar səfərə yollanmışdır. Səfərdə məqsəd 2 ölkə arasında qurulmuş diplomatik əlaqələrin 60 illik yubileyini təntənəli surətdə qeyd etməkdir. Eyni zamanda Pakistan nümayəndə heyəti çinli həmkarları ilə dünyada və Yaxın Şərqdə baş verən hadisələri müzakirə edəcək. Bu zaman Pakistanın bir nömrəli maliyyə donoru olan ABŞ-ın bu ölkəyə qarşı gərginləşməkdə olan münasibəti də təhlil ediləcək. Pakistan mövcud məsələlərdə Çinin dəstəyinə ümid bəsləyir.


Xatırladaq ki, Gilani Ben Ladenin ölümündən sonra etdiyi çıxışı zamanı Çini "hər cür havanın dostu" adlandırmışdı. Halbuki, ABŞ NATO alyansına rəğmən son 10 ildə bu ölkənin hərbi potensialına 20 milyard vəsait ayırmışdı.


Analitiklərin fikrincə, Çin dalğalanan Pakistan siyasətinə çox da qarışmaq fikrində deyil. O, Hindistan kimi nəhəng ticarət tərəfdaşını qıcıqlandırmaq istəmir.


Rəsmi Çinin aparıcı People's Daily qəzeti bu barədə yazır: "ABŞ birtərəfli qaydada əməliyyat keçirməklə Pakistanı istifadə etdi. Bu, onun terrorla mübarizədə uğursuzluqlarını ört-basdır etmək üçün idi."


Pakistan dünya siyasətində pak görünməyə çalışsa da, əl altından çirkli işlərlə məşğuldur...

Hafiz Əhmədov

O.M.