Əmlak kralı Obamadan qorxdu

Əmlak kralı Obamadan qorxdu

17 May 2011 13:11
Bəyəndim (0) Bəyənmədim (0)


Amerikalı əmlak kralı Donald Tramp 2012 prezident seçkilərinə namizəd olmayacaq. Trump gələcək seçkilərdə Respublikaçıların namizədi olacağı iddialarına son nöqtəni qoydu və başçılıq üçün yarışmayacağını açıqladı. Əmlak kralı, "Əgər seçkiyə girsəydim, qazanacağıma güclü inamım var idi", - dedi. Bəzi namizədlərin prezidentlik "taxt-tacından" imtina etmələrinin əsl səbəbi Əl-Qaidə lideri Usama Ben Ladenin öldürülməsi ilə Obamanın artan məşhurluğunda görülür.


2010-cu ildə prezidentliyə namizəd ola biləcəyinin siqnalını verən Tramp Obamanın ABŞ-da doğulmadığını və müsəlman olduğunu iddia etmiş, ancaq Obamanın doğum sənədini yayımlamasından sonra çətin vəziyyətdə qalmışdı.


"Demokratiyanın beşiyi" sayılan ABŞ-da qəribə məntiq hökm sürür: "müsəlman olmaq ayıbdır!"

Günel Həbib

O.M.