Senator vertolyot qırıntılarının dalınca gəlib

Senator vertolyot qırıntılarının dalınca gəlib

17 May 2011 11:37
Bəyəndim (0) Bəyənmədim (0)

Amerika senatoru Con Kerrinin İslamabada gəlişinin məğzi açıqlanıb. O, Pakistan tərəfi ilə Ben Ladenin öldürülməsində mühüm rol oynamış məxfi vertolyotun qırıntılarının qalıqlarını ABŞ-a qaytarılması haqqında danışıqlar aparıb. Kerri jurnalistlərə deyib: "Pakistan vertolyotun qalıqlarını mütləq qaytarmalıdır". Amerikalılar qorxurlar ki, vertolyotun qalıqlarını götürənlər onları Çinə ötürə bilərlər. "UN-60 "Qara Qırğı"" dünyada analoqu olmayan, radarlar tərəfindən tutulmayan, xüsusi olaraq belə işlər üçün nəzərdə tutulan vertolyotdur.

Çinlilərin hər şeyin analoqunu yaratmaq bacarığını hətta Amerika konqresmenləri də bilirmiş. Amma vertolyotun qırıntılarından məxfi "Qırğı"nı düzəldə biləcəkləri bir qədər şübhəli görünür...

Bəhram Mustafabəyli

O.M.