Qarabağ münaqişəsinin açarı Moskvadadır

Qarabağ münaqişəsinin açarı Moskvadadır

17 May 2011 10:16
Bəyəndim (0) Bəyənmədim (0)
Rasim Musabəyov erməni KİV-lərinə müsahibə verdi

Ermənistanın PanARMENIAN.Net informasiya agentliyi xəbər verir ki, rəsmi Bakı Qarabağ münaqişəsində ilk növbədə Moskvanın həlledici rola malik olduğuna inanır. Bu fikri erməni mətbuatına müsahibəsində politoloq Rasim Musabəyov bildirib. O, son zamanlar münaqişə ətrafında Rusiyanın rolunun artdığını vurğulayaraq Ermənistanın yalnız bu ölkə tərəfindən kompromislərə məcbur edilə biləcəyinin vurğulayıb. Millət vəkili deyib: "Biz bilirik ki, Rusiya Ermənistanın strateji müttəfiqidir. Eyni zamanda onu da bilirik ki, İrəvan Moskvadan asılı vəziyyətdədir. Son zamanlar Bakı-Moskva, Ankara-Moskva müstəvisində münasibətlər xeyli yaxşılaşıb. Bu, onu deməyə əsas verir ki, Moskvanın vasitəçiliyi nəinki tərəfsiz, eyni zamanda əməli olacaq." Politoloq həmçinin əlavə etdi ki, status-kvo bir müddət getsə də, əbədi davam edə bilməz. Müəyyən müddətdə Azərbaycanın hərbi üstünlüyü hərbi müvəffəqiyyətin labüd olduğu barədə inam formalaşdıracaq və bu zaman münasib şərait yaranarsa (İranın vəziyyətinin gərginləşməsi fonunda Qərbin Azərbaycanın dəstəyinə ehtiyacının artması və ya bu ölkədə demokratik islahatlar nəticəsində Azərbaycan faktorunun güclənməsi), onda hərbi əməliyyatların başlanması gözlənilən olacaq. "Əgər danışıqlar prosesi pozulsa, münaqişəli hadisələrin sayı artsa, hərbi əməliyyatlar həmçinin kortəbii başlaya bilər", - deyə politoloq fikrini tamamladı.


Bu, lap nağıllardakı "divin canı şüşədəki quşdadır" fikrinə bənzədi. Deməli, Məlikməmməd divlə mübarizə aparmaqdansa şüşəni tapıb quşun canını almalıdır...

Natiq Qocaman

O.M.