Qudası İran prezidentini cadulayıb

Qudası İran prezidentini cadulayıb

16 May 2011 17:14
Bəyəndim (0) Bəyənmədim (0)

İranın öndə gələn din xadimlərindən və Ekspertlər Məclisinin üzvü olan Ayətullah Misbah Yəzdi prezident Mahmud Əhmədinejata baş məsləhətçisi İsfəndiyar Rahim Meşai tərəfindən cadu edildiyini iddia etdi.


Həftəlik "Şoma" qəzetinin xəbərinə görə, bir dövr Əhmədinejatın 'ağıl müəllimi' olaraq təyin olunan Yəzdi mühafizəkar İslami Koalisiya Partiyası üzvü olan bir qrupa xitab olaraq çıxış etdi. Çıxışında o, Əhmədinejatın son zamanlardakı davranışlarına toxundu. Keçən ayın ortalarında Kəşfiyyat naziri Heydər Muslihinin prezident tərəfindən tutduğu vəzifədən azad edilməsi ilə ölkədə yaranan böhrana olan münasibətini Yəzdi, "Heç bir ağlı başında olan insan iradəsi başqaları tərəfindən alınmadığı müddətdə bu şeyləri etməz. Bu vəziyyət əsla təbii deyil. Yaxın yoldaşlarıma 90 faiz Əhmədinejatın cadulandığına, ovsunlandığına inandığımı dedim", - deyə bildirdi.


Mollanın dediyini elə, elədiyini eləmə...

Günel Həbib

O.M.