Türkiyə Azərbaycana 20 milyon dollarlıq silah-sursat satıb

Türkiyə Azərbaycana 20 milyon dollarlıq silah-sursat satıb

16 May 2011 15:40
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyənin Makina və Kimya Sənayesi Təşkilatının (MKEK) yaydığı məlumata görə, şirkət tərəfindən 2010-cu ildə Azərbaycana 299, 5052 milyon ABŞ dolları dəyərində silah və sursat ixracı həyata keçirilib. Bu ilin yanvar-aprel aylarında isə Türkiyə Azərbaycana 20 milyon dollardan artıq məbləğdə silah və sursat satışını reallaşdırıb. Bu ilin ilk 4 ayında Türkiyə şirkətləri tərəfindən Səudiyyə Ərəbistanına 20 milyon dollardan artıq, ABŞ-a isə 10 milyon dollar dəyərində silah və döyüş sursatı ixrac olunub. Hesabat dövründə silah və sursat ixracatında birinci üç yeri Azərbaycan, Səudiyyə Ərəbistanı və ABŞ, sonrakı yerləri isə Livan, Rusiya, Belçika, Pakistan, İtaliya, BƏƏ və Portuqaliya tutub.


Təlimdə tər tökən döyüşdə qan tökməz...

Tofiq Əliyev

O.M.