İsrail səfirliyi qarşısında toqquşma

İsrail səfirliyi qarşısında toqquşma

16 May 2011 15:30
Bəyəndim (0) Bəyənmədim (0)

Misirin səhiyyə nazirliyi Qahirənin mərkəzində yerləşən İsrail səfirliyi qarşısında keçirilən mitinq zamani polislə nümayişçilər arasında baş verən toqquşmada 353 nəfərin xəsarət aldığını xəbər verib. İlk öncə cəmisi 24 nəfərin xəstəxanalara göndərildiyi bildirilirdi. İsrail səfirliyi qarşısında mitinqlər bir neçə gün idi davam edirdi. Sonradan verilən göstərişə əsasən polislər gözyaşardıcı qazdan istifadə etməklə mitinqi dağıdıblar. Mitinqlərin başlamasına səbəb Misir rəhbərliyinin İsrail müdafiə naziri Amos Qiladla danışıqlar aparması olmuşdur.


Hüsni Mübarəkin devrilməsindən sonra ərəblərin yəhudilərə qarşı nifrəti açıqdan-açığa büruzə verilir. Hələ lap Tutanxamon dövründən ərəblər yəhudiləri ikinci zümrə kimi qəbul edirdi.

Bəhram Mustafabəyli

O.M.