Prezidentliyə namizəd seksual təcavüzdə günahlandırılır

Prezidentliyə namizəd seksual təcavüzdə günahlandırılır

16 May 2011 14:07
Bəyəndim (0) Bəyənmədim (0)

Səhər saatlarında xəbər verdiyimiz kimi, Beynəlxalq Valyuta Fondunun rəhbəri 62 yaşlı Domenik Stross Kan seksual motivlərlə günahlandırılaraq həbs edilib və bu gün məhkəmə qarşısında dayanacaq. Onun 20 il barmaqlıqlar arxasında oturmaq ehtimalı var. Həyat yoldaşı ərinin günahsız olduğuna əminliyini bildirsə də, məhkəmə araşdırmaları davam etdiriləcək.


Qeyd edək ki, Stross Kan 2012-ci ildə keçiriləcək prezident seçkilərinə namizədliyini irəli sürmüşdü. Məhkəmə Domeniki suçlu sayarsa, o, avtomatik olaraq namizədliyini itirəcək.


Valyuta fondunun rəhbərini bazar günü gecə Con Kennedi hava limanında təyyarəyə oturmaq istəyərkən yaxalayıblar. Polislər onu Manhettendəki oteldə çalışan xadimə qadına zor tətbiq etməkdə təqsirli biliblər. Prokuror Stross Kanın seksual aktda, təcavüzə cəhddə və qanunsuz olaraq azadlıqdan məhrumetmədə təqsirli bilindiyini əsas gətirib.


Fransada belə hadisəyə görə otel xadiməsi Domenikə hətta təşəkkür edərdi. Hər şeyin səbəbkarı isə prezidentliyə namizədlikdir...

Bəhram Mustafabəyli

O.M.