Hədəf Səudiyyə Ərəbistanıdır

Hədəf Səudiyyə Ərəbistanıdır

16 May 2011 15:00
Bəyəndim (0) Bəyənmədim (0)

Pakistandakı Səudiyyə Ərəbistanı səfirliyinin bir diplomatı silahlı hücum zamanı öldürüldü. Verilən açıqlamada, Səudiyyə Ərəbistanın diplomatının Kəraçi şəhərində vurularaq öldürüldüyü bildirilir. Səfirlik keçən həftə da əl bombalı hücuma məruz qalmış, hadisədə ölən, ya da yaralanan olmamışdı.


Pakistan polisi Səudiyyə diplomatının avtomobili ilə irəliləyərkən iki motosikletdən çarpaz atəşə məruz qaldığını bildirib. Diplomat aldığı çox sayda güllə yarası səbəbilə hadisə yerindəcə ölüb. Hücumu qınayan Səudiyyə Ərəbistanının Pakistandakı səfiri Əbdüləziz əl Qədr, "Belə bir hadisəni törədən müsəlman ola bilməz", - dedi. Əl Qədr hücumun arxasında kimin olduğunu söyləmək üçün hələ erkən olduğunu deyərək, ad vermədən terror təşkilatı Əl-Qaidəni işarə etdi.


Xatırladaq ki. Əl-Qaidə lideri Usama Ben Ladenin ABŞ əsgərləri tərəfindən öldürülməsindən sonra ölkədəki Səudiyyə Ərəbistanı səfirliyi daxil olmaqla digər səfirliklər də hədəflər arasında yer alırdı.


Ben Laden öldükdən sonra da öldürməyə davam edir...

Günel Həbib

O.M.