Ölənlərin sayı 850-yə çatıb

Ölənlərin sayı 850-yə çatıb

13 May 2011 18:04
Bəyəndim (0) Bəyənmədim (0)

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı Suriyada təhlükəsizlik qüvvələrinin rəhbərlik əleyhdarlarına müdaxiləsindən ölənlərin sayının 850-yə çıxmış ola biləcəyini bildirib. Komissarlığın spikeri Rupert Colville etdiyi mətbuat konfransında Suriya hökumətinə güc istifadəsinə və müxalifləri susdurmaq üçün kütləvi gözaltılara son vermə çağırışını təkrarlayıb. Colville rəhbərlikdən narazı olan Bəhreyn müxaliflərinə verilən işgəncə hadisələrindən də narahat olduğunu qeyd edib.


Spiker etirazların davam etdiyi Yəmənə BMT insan hüquqları missiyasının gələcək ayın sonlarına doğru ziyarət edəcəyini açıqlayıb.

"Kəssə hər kim tökülən qan izini..."

Tofiq Əliyev

O.M.