Prezident İlham Əliyev Ağcabədi rayonuna səfər edib

Prezident İlham Əliyev Ağcabədi rayonuna səfər edib

30 Avqust 2013 09:34
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan prezidenti İlham Əliyev avqustun 29-da Saatlıya səfərini başa çatdıraraq Ağcabədi rayonuna səfər edib.

Apa-nın verdiyi xəbərə görə, dövlət başçısı Heydər Əliyevin Ağcabədi şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstəsi qoyub.Daha sonra prezident Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak edib.Dövlət başçısı binanın rəmzi açılışını bildirən lenti kəsib.Binada Heydər Əliyevin və prezident İlham Əliyevin ölkəmizin ictimai-siyasi həyatı, o cümlədən Yeni Azərbaycan Partiyasının fəaliyyəti ilə bağlı gördükləri işləri əks etdirən fotoguşələr yaradılıb. İnzibati bina ümumilikdə on otaq, konfrans və iclas salonlarından ibarətdir. Binada informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə xüsusi diqqət yetirilib.

O.M.