Litva prezidenti bu ölkənin Azərbaycandakı səfirini geri çağırır

Litva prezidenti bu ölkənin Azərbaycandakı səfirini geri çağırır

29 Avqust 2013 11:34
Bəyəndim (0) Bəyənmədim (0)

Litva prezidenti Dalya Qribauskayte ölkəsinin Macarıstandakı və Azərbaycandakı səfirləri Renatas Yuşka və Arturas Jurauskası vəzifələrdən geri çağırılması ilə bağlı sərəncam imzalayıb.

Apa-nın "DELFİ" saytına istinadən verdiyi məlumata görə, prezident ölkə Konstitusiyasına və hökumətin qəbul etdiyi qərara əsasən, həmin səfirlər öz vəzifələrdən azad olunur. Səfirlər öz fəaliyyətini sentyabrın 30-da başa çatdıracaqlar.Xatırladaq ki, iyulun 8-də "YouTube" video xidmətinə iki Litva diplomatının telefon yazısı yüklənib. Söhbətin "Şərq Tərəfdaşlığı" proqramının siyasət departamentinin direktor müavini Zenonas Kumetaytis və Litvanın Macarıstandakı diplomatik nümayəndəliyində çalışan diplomat Renatas Yuşka arasında getdiyini güman edilir. Söhbət zamanı onlar Azərbaycan-Ermənistan münasibətləri, Dağlıq Qarabağ münaqişəsi barədə öz fikirlərini qeyri-formal şəkildə bölüşüb, Litva parlamentində "Dağlıq Qarabağla dostluq qrupu"nun yaradılması ilə bağlı azərbaycanlıların və ermənilərin fəallaşmasını qeyd ediblər. R. Yuşka telefon söhbətində Dağlıq Qarabağın "Artsax" adlandırılmasını düzgün saydığını və bu məsələdə ermənilərin mövqeyini müdafiə etdiyini deyib.

O.M.