Amerika Usamanın cəsəd şəkillərini göstərməyə başladı

Amerika Usamanın cəsəd şəkillərini göstərməyə başladı

12 May 2011 14:01
Bəyəndim (0) Bəyənmədim (0)

Amerika Mərkəzi Kəşfiyyat İdarəsi Usama Ben Ladenin cəsədinin şəkillərini yerli rəsmilərə göstərməyə başladı.

Ben Ladenin cəsədinə aid 15 fotoşəkilə baxdığını CNN televiziya kanalına açıqlayan respublikaçı - Oklahoma senatoru Ceyms Inhof fikirlərini tamaşaçılarla bölüşüb. O, Əl-Qaidə liderinin ölümündən dərhal sonra çəkilən fotoşəkillərin çox qorxunc olduğunu söyləyərək, "Güllə qulağından girib, gözündən çıxıb", - dedi. Inhof Ben Ladenin başının parçalanmış olduğunu da ifadə edib. Ölünün şəxsiyyətində heç şübhəsi olmadığını söyləyən senator, "Odur, heç şübhəm yoxdur. Şəkilləri gördüm. O idi. Usama Ben Laden idi", - deyə açıqlayıb.
Nümayəndələr Palatasının kəşfiyyat komissiyasının ən yüksək səviyyəli demokrat nümayəndəsi, demokrat millət vəkili Datç Rupersberqerin də bu gün fotoşəkilləri görmək üçün CIA-nın Virciniya ştatının Langleydəki mərkəzinə getməsi gözlənilir.
Konqres qaynaqları Nümayəndələr Palatasının və digər rəsmilərin də Ben Ladenin rəsmlərinə baxmağa dəvət edildiyini bildirib.

Xatırladaq ki, ABŞ prezidenti Barak Obama Əl-Qaidə tərəfindən təbliğat məqsədli istifadə edilə biləcəyi üçün fotoşəkillərin ictimaiyyətə təqdim edilməsini qadağan edib.

Günel Həbib