Serj Sarkisyan hardadır?!

Serj Sarkisyan hardadır?!

27 Avqust 2013 12:32
Bəyəndim (0) Bəyənmədim (0)
Ermənistan prezidenti Serj Sarkisyan bir neçə həftə öncə əməliyyat olunub.

Ermənistan prezidenti Serj Sarkisyan bir neçə həftə öncə əməliyyat olunub.

Məlumata görə, bu barədə "Aykakan Jamanak" qəzeti yazıb.Qəzet Sarkisyanın bağırsaq yolunda problemi olduğundan yerli xəstəxanalardan birində əməliyyat olunduğunu, müayinə üçün tez-tez həmin xəstəxanaya baş çəkdiyini yazıb.Ermənistan prezidentinin mətbuat katibi Arman Saqatelyan məlumatı nə təkzib, nə də ki, təsdiq edib. Bildirib ki, onda bu haqda heç bir informasiya yoxdur. "Aykakan Jamanak" onu da qeyd edir ki, Sarkisyan əməliyyatdan sonra reabilitasiya dövrü keçirdiyindən onun haqqında mətbuatda məlumat əks olunmayıb. Hətta, həmin ərəfədə sosial şəbəkələrdə və mediada "Serj Sarkisyan hardadır?! başlıqlı yazılar da dərc olunub. Bu vəziyyət prezidentin rəsmi saytında da nəzərə çarpıb. Belə ki, Sarkisyanın avqustun 3-dən 13-nə kimi baş tutan İran səfərindən sonra onun rəsmi saytında da iş qrafiki haqqında informasiya yoxdur./"Qafqazinfo"/

O.M.