Barak Obamanın ilk rəqibi

Barak Obamanın ilk rəqibi

12 May 2011 13:33
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ Nümayəndələr Palatasının sabiq sədri Nevt Qinqriç ölkəsində 2012-ci ildə keçiriləcək prezident seçkilərində Respublikaçılar Partiyasından namizədliyini irəli sürəcəyini açıqladı. 67 yaşlı Qinqriç "TWitter"ə yüklədiyi video görüntüsündə bunları dilə gətirib: "Amerikaya gözəl bir başçı olacağıma inanıram. Biz amerikalılar birlikdə hərəkət etməli, birlikdə danışmalı, həll yollarını birlikdə tapmalıyıq. Amerikanın dağılmasından narahat olmayan bəzi insanlar var. Amma siz və mən daha yaxşısını bilirik. Bir araya gələk, çətin seçkiləri edək və işi bitirək. ABŞ-ı gələcəkdə çox daha yaxşı bir gələcək gözləyir".

Günel Həbib