Atəşkəs elan edilməsindən 17 il ötür

Atəşkəs elan edilməsindən 17 il ötür

12 May 2011 13:26
Bəyəndim (0) Bəyənmədim (0)


Bu gün Ermənistanla Azərbaycan arasında atəşkəs elan edilməsindən 17 il ötür. 1994-cü il mayın 8-də tərəflər arasında atəşkəsin əldə edilməsi barədə imzalanmış "Bişkek protokolu" mayın 12-də qüvvəyə minmişdir və həmin gün cəbhə xəttində fəal hərbi əməliyyatlar müvəqqəti olaraq dayandırılmışdır.

Ermənistan ilə Azərbaycan arasında atəşkəsin imzalanması ilə bağlı təkliflə 1994-cü il mayın 4-də Rusiya çıxış etmişdir. Atəşkəs müqaviləsinin imzalanmasından 17 il keçməsinə baxmayaraq, Ermənistan silahlı qüvvələrinin bölmələri hələ də razılaşmaya əməl etmirlər. Ermənilər hər gün cəbhə xəttində müxtəlif istiqamətlərdə atəşkəsi pozaraq Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin mövqelərini avtomat, pulemyot və müxtəlif növ iriçaplı silahlardan atəşə tuturlar.

Azərbaycan Ordusunun əsgərləri isə vətənin keşiyində ayıq-sayıq dayanıb, atəşkəsi pozan qüvvələrə layiqli cavab verirlər.


"İt qorxusundan hürər"

Tofiq Əliyev

O.M.