"Seçkilərlə bağlı kimlərinsə panikaya düşməsinə heç bir əsas yoxdur"

"Seçkilərlə bağlı kimlərinsə panikaya düşməsinə heç bir əsas yoxdur"

23 Avqust 2013 11:56
Bəyəndim (0) Bəyənmədim (0)

"Azərbaycanda bu günə kimi keçirilmiş seçkilərdə heç vaxt problem olmayıb. Biz bununla da arxayınlaşmamalı, seçkilərə kölgə salacaq pozuntuların qarşısını almalıyıq".

Bu sözləri Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bu gün ATƏT-in Bakı ofisinin təşkilatçılığı ilə "Seçki prosesinə qeyri-qanuni müdaxilənin yolverilməzliyi" mövzusunda keçirilən konfransda deyib. O bildirib ki, bu cür pozuntular beynəlxalq təşkilatlar tərəfindən qeyd olunur və biz buna düzgün baxırıq:"Bizə irad tutulan hər bir qərara hörmətlə yanaşırıq. Müşahidə missiyasını yerinə yetirən şəxslər pozuntuların açıq şəkildə ictimaiyyətə deməklərə haqları var. Biz ona görə də nə qədər seçkilərə yaxşı hazırlaşsaqda, yenə də pozuntuların qarşısının alınması üçün diqqətli olmalıyıq".

Azərbaycan vətəndaşı, MSK sədəri kimi deyə bilərəm ki, seçkilər dünyanın heç bir yerində ideal keçirilmir:"Hesab edirəm ki, bu mümkün də deyil. Amma seçkilərdə xoşagəlməz hallar adekvat şəkildə qiymətləndirilməlidir. MSK olaraq biz daima bunun üçün insanlar arasında, dairə seçki komissiyaları ilə daima maarifləndirmə tədbirləri aparırıq. Amma Azərbaycanda keçiriləcək seçkilərlə bağlı kimlərinsə panikaya düşməsinə heç bir əsas yoxdur. Seçkilərdə hər hansı bir xırda pozuntu olduğu halda bunu faciəyə çevirmək olmaz".

O.M.