Nazir Qobustana gedir

Nazir Qobustana gedir

22 Avqust 2013 11:43
Bəyəndim (0) Bəyənmədim (0)

Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev avqust ayının 30-da saat 11:00-da Qobustan şəhərində Qobustan İdman Kompleksi (Heydər Əliyev prospekti, 5) Qobustan, İsmayıllı, Şamaxı, Ağsu, Göyçay, Oğuz, Qəbələ, Kürdəmir rayonlarından olan vətəndaşların qəbulunu keçirəcək.

Nazirliyin mətbuat xidmətindən "Qafqazinfo"ya daxil olan xəbərə görə, vətəndaşlar [email protected] elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsi ilə (əlaqələndirici şəxs Pərviz İsgəndərli) qəbula yazıla bilərlər. Qəbula gəlmək istəyən vətəndaşların həmçinin aşağıda qeyd olunmuş şəhər(rayon) mədəniyyət və turizm şöbələri ilə (şənbə və bazar günləri daxil olmaqla) əlaqə saxlamaları xahiş olunur.

O.M.