Gülər Əhmədova ad günündə kiçik oğlu ilə görüşəcək

Gülər Əhmədova ad günündə kiçik oğlu ilə görüşəcək

20 Avqust 2013 14:26
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün sabiq millət vəkili Gülər Əhmədovanın doğum günüdür.

Bu barədə "Qafqazinfo"ya açıqlama verən Gülər Əhmədovanın həyat yoldaşı Fikrət Əhmədov bu gün xanımına baş çəkəcəyini deyib:"Düzü, görüşəcəyimizi dəqiq bilmirik.Amma yemək aparacağıq".Fikrət Əhmədov həmçinin bildirib ki, Gülər Əhmədovanın yanına kiçik oğlu Tamerlanla gedəcək.Qeyd edək ki, Gülər Əhmədova ötən il fevralın 13-də elə kiçik oğlunun doğum günüdə həbs olunub. O, Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə ittiham olunur.

Xatırladaq ki, Gülər Əhmədova 1965-ci il avqustun 20-də Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib. Psixologiya elmləri namizədidir.

O, 1986-cı ildən Bakıda texniki peşə məktəbində müəllim, orta məktəbdə müəllim, direktor müavini vəzifələrində çalışıb. 1994-cü ildən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin baş təlimatçısı, şöbə müdiri, idarə rəisi, 1996-cı ildən Azərbaycan Respublikası Uşaq Təşkilatının sədri olub. Bakı Dövlət Universitetinin müəllim işləyib.

Gülər Əhmədova 3 dəfə millət vəkili seçilib. Belə ki, o 2000-2005, 2005-2010-cu illərdə Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilib, Sonuncu dəfə 3 əvvəl Milli Məclisə keçirilən seçkilərdə 34 saylı Xətai ikinci seçki dairəsindən YAP-ın vahid namizədi kimi iştirak edib və qalib gəlib.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının və Avropa İttifaqı − Azərbaycan parlament əməkdaşlığı komitəsinin üzvü olub.

Gülər Əhmədovanın Toğrul, Əkbər və Tamerlan adında 3 oğlu var.

O.M.