İlham Əliyevin toplanmış imza vərəqələri MSK-ya təqdim olunub

İlham Əliyevin toplanmış imza vərəqələri MSK-ya təqdim olunub

20 Avqust 2013 12:52
Bəyəndim (0) Bəyənmədim (0)
“125 dairəni əhatə etməklə toplanan 45 min imza müvafiq sənədlərlə birgə MSK-ya təqdim olunub və qəbul edilib”

Yeni Azərbaycan Partiyasının (YAP) sədri İlham Əliyevin Azərbaycan prezidentliyinə namizədliyi üçün toplanmış imza vərəqələri və digər zəruri sənədlər bu gün Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim olunub.

Bu barədə Apa-ya açıqlamasında YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib.O qeyd edib ki, MSK-dan alınan 900 imza vərəqi Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq doldurulub və təqdim edilib: "125 dairəni əhatə etməklə toplanan 45 min imza müvafiq sənədlərlə birgə MSK-ya təqdim olunub və qəbul edilib".S. Novruzov bildirib ki, qanunvericiliyə uyğun olaraq təbliğat təşviqat kampaniyasına sentyabrın 16-dan başlanacaq.Xatırladaq ki, Mərkəzi Seçki Komissiyası (MSK) avqustun 10-da keçirdiyi iclasda İlham Əliyevin namizədliyinin irəli sürülməsini təsdiq edib.İmza toplama kampaniyası üçün son tarix sentyabrın 9-dur. Bu tarixə qədər imza vərəqələrini təqdim edən namizədlər bu tarixdən sonra MSK tərəfdən qeydə alınaraq sentyabrın 16-dan təbliğat-təşviqat kampaniyasına başlaya biləcəklər.

O.M.