Siyəzən sakinlərinə şad xəbər: nazir gəlir

Siyəzən sakinlərinə şad xəbər: nazir gəlir

20 Avqust 2013 10:24
Bəyəndim (0) Bəyənmədim (0)

Təhsil naziri Mikayıl Cabbarov bu dəfə Siyəzənə gedir.

Oxumeni.az Təhsil Nazirliyinin saytına istinadən xəbər verir ki, avqustun 24-də saat 11:00-da təhsil naziri Mikayıl Cabbarov Siyəzən şəhərindəki Gənclər Evində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2013-cü ilin avqust ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Siyəzən, Quba, Xaçmaz, Şabran, Qusar rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.Qəbula gəlmək istəyən vətəndaşlar Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinin 146 nömrəli telefonuna və [email protected] elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər.

O.M.