Əsgərlər siqareti tərgitsin!

Əsgərlər siqareti tərgitsin!

19 Avqust 2013 14:41
Bəyəndim (0) Bəyənmədim (0)

Millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitunu İB ön cəbhədə yeni hərbi xidmətə gəlmiş əsgərlərlə görüş keçirib və onlara bütün dünyaca ünlü mütəxəssis Alen Karrın bestseller əsəri olan "Siqareti atmağın asan yolu" kitabları böyük sayda hədiyyə edilib və onlarla bu mövzuda geniş söhbət və müzakirələr aparılıb.

"Qafqazinfo"ya daxil olan məlumata görə, hərbi xidmətə yenicə başlamış əsgərlər görüşdə "Kim siqaret çəkir?" sualına hər kəsin səmimi və dürüst cavab verməsinə görə təşəkkürünü bildirən millət vəkili Qənirə Paşayeva ortaya çıxan mənzərənın üzücü olduğunu bildirib. "Gənclər arasında siqaret çəkənlərin sayı bizi sözün həqiqi mənasında ciddi narahat edir və etməlidir deyən millət vəkili Qənirə Paşayeva onları bu zərərli vərdişdən silas olmaq üçün düşünməyə və addım atmağa çağırıb. Hərbi hissənin rəhbərliyi bildirib ki, onlar da bu istiqamətdə hərbi hissəyə yeni gəlmiş əsgərlərlə ciddi işlər aparmağa çalışacaqlar. Əsgərlərlə görüşdə onlara siqaretin dəhşətli zərərli təsirləri, onu atmanın, ondan xilas olmanın heç zaman gec olmaması barədə, sadəcə güclü iradə və bunu necə edə bilməklə bağlı əldə edəcəkləri biliklərlə buna cəhd etmələrinin vacibliyi ilə bağlı söhbətlər aparılıb. Görüşdə millət vəkili Qənirə Paşayeva bildirdi ki, ölkəmizdə də insanlar arasında, xüsusilə gənclər arasında siqaretdən istifadə edənlərin artması hamımızı ciddi narahat etməli və gənclərimizin bu zərərli vərdişə meyillənməməsi istiqamətində səylərimizi daha da artırmalıyıq. Eyni zamanda siqaretdən xilas olmaq istəyənlərə dəstək istiqamətində görülən işlərin artmasının daha da vacib olduğunu bildirən millət vəkili Qənirə Paşayeva bu görüşü keçirmələrində xüsusi məqsədlərinin olduğunu deyib: "Biz bütün gəncləri sağlam gələcək naminə siqaretlə, tütün məhsulları ilə mübarizəyə səsləyirik. Hər bir gəncimiz ilk növbədə özündən, ətrafından başlayaraq tütün məhsullarına qarşı mübarizə aparmalı və gənclərimiz bu zərərli vərdişə tutulmamağa çalışmalıdır. Bu zərərli vərdişə insanlar adətən gənc yaşlarda başlayır və bir çox hallarda bir daha xilas ola bilmirlər".

O.M.