"Hər bir vəzifə sahibi bilməlidir ki, o, xalqa xidmət etmək üçün bu vəzifəni tutub, o cümlədən də mən"

"Hər bir vəzifə sahibi bilməlidir ki, o, xalqa xidmət etmək üçün bu vəzifəni tutub, o cümlədən də mən"

15 Avqust 2013 09:32
Bəyəndim (0) Bəyənmədim (0)
İlham Əliyev: “Tarixdə Azərbaycan heç vaxt bu qədər güclü olmayıb”

"Hər bir vəzifə sahibi bilməlidir ki, o, xalqa xidmət etmək üçün bu vəzifəni tutub, o cümlədən də mən". Apa-nın məlumatına görə, bu sözləri prezident İlham Əliyev İsmayıllıda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü zamanı deyib. Prezident vəzifəsini ancaq xalqa xidmət etmək üçün icra etdiyini bildirən dövlət başçısı qeyd edib ki, hər bir vəzifəli şəxs öz məsuliyyətini dərk etməli və xalq üçün çalışmalıdır: "Bax, əgər hər bir yerdə, hər bir səviyyədə bu prinsiplər tam üstünlük təşkil etsə, onda ölkəmiz daha da sürətlə qabağa gedəcək. Bəzi hallarda yerli icra orqanlarının nümayəndələri öz vəzifə borclarını yerinə yetirə bilmirlər. Bəzi hallarda özlərini apara bilmirlər. Onların özləri, onların yaxınları insanları incidirlər, qıcıqlandırırlar, yersiz hərəkətlər edirlər və özlərini təvazökar aparmırlar. Belə olan halda əlbəttə ki, ciddi tədbirlər görülür və görüləcək.".

İlham Əliyevin sözlərinə görə, əldə edilmiş uğurlar heç bir yerdə təkrarlana bilməz: "Biz son ilin statistikasını, görülən işləri götürsək görərik ki, iqtisadi sahədə, bütün başqa sahələrdə Azərbaycan qədər inkişaf edən ikinci dövlət yoxdur. Ancaq bu bizi kifayətləndirməməlidir. Biz daha da böyük işlər görməliyik və görə də bilərik".

Dövlət başçısı qeyd edib ki, tarixdə Azərbaycan heç vaxt bu qədər güclü olmayıb: "Bunun başlıca səbəbi müstəqil olmağımızdır. Müstəqillik ən böyük sərvətdir. Hər bir vətəndaş müstəqilliyi qorumalıdır, öz işi ilə müstəqilliyimizə töhfə verməlidir. Elə etməliyik ki, bundan sonra Azərbaycan daim inkişaf yolu ilə getsin", - deyə o vurğulayıb.

O.M.