Yeni nazirə yeni müavin

Yeni nazirə yeni müavin

14 Avqust 2013 10:22
Bəyəndim (0) Bəyənmədim (0)

Təhsil nazirinə yeni müavin təyin olunub.

Oxumeni.az-ın Təhsil Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, prezident İlham Əliyevin avqustun 12-də imzaladığı sərəncama əsasən, Ceyhun Bayramov təhsil nazirinin müavini vəzifəsinə təyin edilib.Yeni təyinatla bağlı Təhsil Nazirliyində toplantı keçirilib. Toplantıda çıxış edən təhsil naziri Mikayıl Cabbarov Ceyhun Bayramovu Təhsil Nazirliyinin struktur bölmə rəhbərlərinə təqdim edib. C. Bayramov bundan öncə Təhsil Nazirliyi Aparatının rəhbəri vəzifəsində çalışıb.

O.M.