Gənclər və İdman naziri "Facebook"da sualları cavablandıracaq

Gənclər və İdman naziri "Facebook"da sualları cavablandıracaq

13 Avqust 2013 14:20
Bəyəndim (0) Bəyənmədim (0)

Gənclər və İdman Nazirliyinin rəhbərliyi Azərbaycan Prezidentinin rəsmi "Facebook" səhifəsində istifadəçilərin suallarını cavablandıracaq.13-20 avqust tarixlərində prezident İlham Əliyevin Facebook səhifəsində gənclər və idman sahəsi ilə bağlı vətəndaşları maraqlandıran suallar qəbul olunacaq. Sualları Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin məsul şəxsləri şərhlər vasitəsi ilə tədricən cavablandırılacaqlar.

Səhifənin administrasiyası istifadəçilərdən rica edib ki, səhifədən silinməməsi üçün Gənclər və İdman Nazirliyinin səlahiyyətlərinə aid olmayan və təkrarlanan suallarla müraciət etməsinlər.

O.M.