Sarkisyan ayda 30 litr konyak içir

Sarkisyan ayda 30 litr konyak içir

13 Avqust 2013 12:51
Bəyəndim (0) Bəyənmədim (0)
Prezident hər ay 1 milyon dramlıq konyak alır

Prezident hər ay 1 milyon dramlıq konyak alır

Ermənistan prezidenti Serj Sarkisyanın iqamətgahında hər ay 25-30 litr konyak içilir."Qafqazinfo"nun Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bu günlərdə Ermənistanın dövlət büdcəsindən spirtli içkilərin istehsalı ilə məşğul olan fransız şirkəti "Perno Rikar"a 1 milyon dram köçürülüb. Bu barədə "Joqovurd" qəzeti yazıb. Qəzetin yazdığına görə, prezident iqamətgahı bu məbləğə 20 illik tarixə malik "Nairi" markasından 390, 7 litr konyak alıb."Prezident iqamətgahı hər ay təxminən 1 milyon dram dəyərində konyak alır. Əgər bunu litrə çevirsək, o zaman belə çıxır ki, iqamətgahda hər ay orta hesabla 25 -30 litr konyak içilir. Nə az, nə çox 20 yaşlı "Nairi"...Sadəcə bir şey maraqlıdır. Bu qədər konyakı necə içir?", - qəzet yazıb. Qeyd edək ki, Serj Sarkisyan ancaq "Nairi" konyaklarından içir və qonaqlarına adətən, bu konyakdan təqdim edir.

O.M.