Nazarbayev, Atambayev və Gül Qəbələyə gəlirlər

Nazarbayev, Atambayev və Gül Qəbələyə gəlirlər

12 Avqust 2013 12:13
Bəyəndim (0) Bəyənmədim (0)

Qazaxıstan prezidenti Nursultan Nazarbayev avqustun 16-da türkdilli dövlət başçılarının Qəbələdə keçiriləcək zirvə toplantısına qatılmaq üçün Azərbaycana gələcək.Bunu Qazaxıstan prezidenti yanında Mərkəzi Kommunikasiyalar Xidmətinin əməkdaşı Bolat Sadıkov deyib.O, ilk sammitin 2011-ci ildə Qazaxıstan prezidentinin təşəbbüsü ilə Almatı şəhərində keçirildiyini və iqtisadi əməkdaşlıq məsələlərinə həsr olunduğunu xatırladıb.Türkiyə və Qırğızıstan prezidentləri Abdullah Gül Almazbek Atambayevdə sammitdə iştirak edəcəklər.A.Gülün Azərbaycana avqustun 14-də, A.Atambayevin isə avqustun 15-də gəlməsi gözlənilir.Qeyd edək ki, Türkdilli Dövlət Başçıları Şurası 2009-cu ildə yaradılıb. Şuraya 4 dövlət daxildir: Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan.

O.M.