Qazaxıstan prezidenti Azərbaycana gələcək

Qazaxıstan prezidenti Azərbaycana gələcək

12 Avqust 2013 12:11
410
Bəyəndim (0) Bəyənmədim (0)

Qazaxıstan prezidenti Nursultan Nazarbayev avqustun 16-da türkdilli dövlət başçılarının Qəbələdə keçiriləcək zirvə toplantısına qatılmaq üçün Azərbaycana gələcək.

Apa-nın Qazaxıstan mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Qazaxıstan prezidenti yanında Mərkəzi Kommunikasiyalar Xidmətinin əməkdaşı Bolat Sadıkov deyib. O, ilk sammitin 2011-ci ildə Qazaxıstan prezidentinin təşəbbüsü ilə Almatı şəhərində keçirildiyini və iqtisadi əməkdaşlıq məsələlərinə həsr olunduğunu xatırladıb. Xatırladaq ki, Türkdilli Dövlət Başçıları Şurası 2009-cu ildə yaradılıb. Şuraya 4 dövlət daxildir: Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan.

O.M.