Bu gün İbrahimbəyovun namizədliyi irəli sürüləcək

Bu gün İbrahimbəyovun namizədliyi irəli sürüləcək

12 Avqust 2013 11:27
Bəyəndim (0) Bəyənmədim (0)

Bu Rüstəm İbrahimbəyovun təşəbbüs qrupu onun prezidentliyə namizədliyini rəsmən irəli sürəcək.

Milli Şuranın üzvü Eldəniz Quliyev "Qafqazinfo"ya açıqlamasında bildirib ki, təşəbbüs qrupunun toplantısı saat 12:00-da Açıq Cəmiyyət Partiyasının (ACP) qərargahında keçiriləcək.Onun sözlərinə görə, Rüstəm İbrahimbəyovun prezidentliyə nazmidəliyinin irəli sürülməsi ilə bağlı bütün sənədləri hazırdır: "Təbii ki, ortada təhlüklər var. Obrazlı dillə desək, meşəyə girəndə hansı təhlükələrlə qarşılacağını bilirsən. Rüstəm müəllimin namzidəliyini qeydə almaya bilərlər. Necə ki indiyə kimi hakimiyyət Milli Şuraya qarşı "müvəffəqiyyətlə" təbliğat aparıbsa, indi də eyni ssenarini davam etdirə bilər".Qeyd edək ki, təşəbbüs qrupunun toplantısı mətbuata qapalıdır.

O.M.