Azərbaycan MSK İlham Əliyevin prezidentliyə namizədliyini təsdiq edib

Azərbaycan MSK İlham Əliyevin prezidentliyə namizədliyini təsdiq edib

10 Avqust 2013 14:33
Bəyəndim (0) Bəyənmədim (0)
İlham Əliyevin namizədliyinin təsdiq olunması məsələsinə baxılıb

zərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən növbəti dəfə prezidentliyə namizədliyi irəli sürülmüş İlham Əliyevin namizədliyinin təsdiq olunması məsələsinə baxılıb.

MSK sədri Məzahir Pənahovun sədrliyi ilə keçən iclasda İlham Heydər oğlu Əliyevin namizədliyi səsvermə ilə rəsmən təsdiq olunub.Qeyd edək ki, 6 prezidentliyə namizəd seçki sənədlərini MSK-ya təqdim edib. Bunlar YAP sədri, Azərbaycan Prezidenti İlham Əliyev, Azadlıq Partiyasından Partiyanın sədri Əhməd Oruc, Vətəndaş və İnkişaf Partiyasından Partiyasının sədri Əli Əliyev, Azərbaycan Liberal Demokrat Partiyasından sədr Fuad Əliyev, öz təşəbbüsü ilə namizədliyini irəli sürən hüquqşünas İlqar Məmmədov (İlqar Altay) və Ümid Partiyasından partiyanın sədri, deputat İqbal Ağazadədir.

Onu da qeyd edək ki, Azərbaycan Respublikasının prezidentliyinə namizədlərin irəli sürülməsi prosesinə start verilib. Seçki Məcəlləsinə görə, prezidentliyə namizədlərin irəli sürülməsini aktiv (passiv) seçki hüququ olan vətəndaşlar, seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar, siyasi partiyaların blokları həyata keçirə bilərlər.MSK prezident seçkilərinin oktyabrın 9-da keçirilməsi barədə qərar qəbul edib.Azərbaycanda hər beş ildən bir prezident seçkiləri keçirilir. Sonuncu prezident seçkiləri 2008-ci il oktyabrın 15-də keçirilib.

O.M.