Barak Obama: "Moskvada "soyuq müharibə" stereotipləri oyanmaqdadır"

Barak Obama: "Moskvada "soyuq müharibə" stereotipləri oyanmaqdadır"

10 Avqust 2013 09:42
Bəyəndim (0) Bəyənmədim (0)
"ABŞ ara verməli və Rusiya ilə münasibətləri yenidən qiymətləndirməlidir"

Moskvada anti-Amerika ritorikasının güclənməsi fonunda ABŞ ara verməli və Rusiya ilə münasibətləri yenidən qiymətləndirməlidir. Apa-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, belə bir bəyanatla Vaşinqtonda keçirilən mətbuat konfransında ABŞ prezidenti Barak Obama çıxış edib. O qeyd edib ki, əvvəllər Moskva ilə Vaşinqton Əfqanıstandakı vəziyyət və Rusiyanın Ümumdünya Ticarət Təşkilatına qəbulu kimi məsələlərin həllində böyük uğurlara imza atıb. Bununla belə Obama hesab edir ki, Moskvada yenidən "soyuq müharibə" stereotipləri oyanmaqdadır.ABŞ prezidenti onu da əlavə edib ki, bütün bunlara baxmayaraq onun Rusiya prezidenti Vladimir Putinlə normal münasibətləri var.

O.M.