Liviya müxalifəti bir sıra uğurlar əldə edib

Liviya müxalifəti bir sıra uğurlar əldə edib

11 May 2011 14:50
Bəyəndim (0) Bəyənmədim (0)


Liviya müxalifəti liman şəhəri olan Misratada bəzi uğurlu əməliyyatlar edib. "Reuters"in xəbərinə görə müxalifət Müəmmar Qəddafinin qoşunlarını şəhərin şərq və qərb sərhədinə çəkilməyə məcbur edib, hava limanını və Giran məhəlləsindəki hava qüvvələri akademiyasını da ələ keçirib. Bundan başqa onlar Misratanın 25 kilometr qərbindəki Zerin qəsəbəsini də tutublar. Xatırladaq ki, ölkənin qərbində müxalifətin əlindəki tək şəhər olaraq strateji əhəmiyyətə malik olan Misrata 8 həftə idi ki, Qəddafi qüvvələrinin əhatəsində idi.

Yeri gəlmişkən, Avropa Şurasının rəsmisi Ketrin Aşton Benqazi şəhərində ofis açacaqlarını söyləyib. Avropa Parlamentində çıxış edən Aşton, "Xalqa dəstəyimizi artırmaq, vətəndaş cəmiyyəti və Müvəqqəti Milli Şuranı dəstəkləmək üçün Benqazidə ofis açmağı planlayırıq", deyib.


Avropa Şurası odu benzinlə söndürmək istəyir.

Tofiq Əliyev

O.M.