Bu gün İranın yeni prezidenti vəzifəsinin icrasına başlayır

Bu gün İranın yeni prezidenti vəzifəsinin icrasına başlayır

3 Avqust 2013 12:29
Bəyəndim (0) Bəyənmədim (0)
Azərbaycan rəsmiləridə İran prezidentinin andiçmə mərasimində iştirak edəcəklər

İranın yeni prezidenti Həsən Ruhani bu gündən vəzifələrinin icrasına başlayır. 64-yaşlı yeni prezidentin innaqurasiyası iki mərhələdə olacaq. Bu gün Ali dini lider H.Ruhaninin prezident postuna namizdəliyini təsdiqləyəcək, sabah isə o parlament qarşısında and içəçək.

Azərbaycan rəsmiləridə İran prezidentinin andiçmə mərasimində iştirak edəcəklər. Milli Məclisdən verilən məlumata görə, parlamentin sədri Oqtay Əsədovun başçılıq etdiyi nümayəndə heyəti İran İslam Respublikasının yeni Prezidenti Həsən Ruhaninin andiçmə mərasimində iştirak etmək üçün avqustun 4-də Tehranda səfərdə olacaq.Nümayəndə heyətinə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.

Səfər çərçivəsində Milli Məclisin sədri Oqtay Əsədovun mərasimdə iştirak edəcək bir sıra ölkələrin parlament rəhbərləri ilə görüşləri də nəzərdə tutulmuşdur. Səfər avqustun 5-də başa çatacaq.

O.M.