Qaçqınlar yataqxanalardan çıxarılacaqlar

Qaçqınlar yataqxanalardan çıxarılacaqlar

10 May 2011 15:49
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı Dövlət Universitetinin Bakının Mətbuat prospektində yerləşən iki yataqxanasında məskunlaşan məcburi köçkünlər üçün Masazır qəsəbəsində evlərin inşası planlaşdırılır. Bu barədə jurnalistlərə açıqlamasında Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov məlumat verib.

O, həmçinin qeyd edib ki, yaxın iki-üç ay ərzində Ağcəbədi rayonunun Taxta Körpü adlanan ərazisində Laçın rayonundan olan məcburi köçkünlər üçün 500 ev istismara veriləcək.

Ə.Həsənov hazırda Goranboy rayonunda 9 beşmərtəbəli binanın inşasının davam etdiyini deyib. Onlarında bu il tikintisinin tamamlanması nəzərdə tutulub.

Bu binalara hazırda Baftalan sanatoriyalarında yerləşən məcburi köçkünlər yerləşdiriləcəklər. Bununla da Naftalandakı sanatoriyalar bütünlüklə məcburi köçkünlərdən azad olacaq. Yaxın günlərdə isə Mingəçevirdə 10 doqquzmərtəbəli binanın tikintisi başlanılacaq.