Ərdoğandan sərt mesaj

Ərdoğandan sərt mesaj

5 Aprel 2011 12:39
Bəyəndim (0) Bəyənmədim (0)

NATO rəsmisi Andres Foq Rassmussen Ərdoğandan sərt mesaj aldı.

Baş nazir, "Liviya İraq olmasın, dünya ictimaiyyəti bunun qarşısını alsın", - deyə xəbərdarlıq edib. 70 dəqiqəlik görüşdə Rasmussen Ərdoğana Liviyada planlaşdırılan hərbi əməliyyat barəsində məlumat verib.

Təkbətək görüşdən sonra müzakirələrə Xarici İşlər Naziri Əhməd Davudoğlu və Müdafiə Naziri Vecdi Könül də qatılıb.

Ərdoğan hücum zamanı mülki vətəndaşların ziyan çəkməməyi üçün xüsusi plan hazırlanmasını istəyib.

O.M.