Avropa Şurası Suriyaya sanksiya qərarı verdi

Avropa Şurası Suriyaya sanksiya qərarı verdi

10 May 2011 10:25
Bəyəndim (0) Bəyənmədim (0)


Avropa Şurası etiraz nümayişlərinə güc istifadə edərək basqın edən Suriya rəhbərliyinə silah embarqosu tətbiq edəcək. Bəzi yüksək səviyyəli səlahiyyətlilərə də səyahət qadağası qoyulacaq və Avropadakı hesabları nəzarətdə saxlanılacaq.

AŞ-ın xarici siyasət nümayəndəsi Catherine Ashton bu qərarın Suriyanın nümayişlərə "şiddət ehtiva edən müdaxiləsi" nə bir cavab xüsusiyyətində olduğunu söyləyib. Bundan başqa, Bəşər Əsəd rejimindən zorakılığa dərhal son verməsi və əhatəli siyasi islahatlara girişməsi istənib.

Səyahət qadağası qoyulacaq və hesablarına əl qoyulacaq 13 adamın adları açıqlanmayıb. Ancaq diplomatlar bu adların nümayişlərə şiddətli müdaxilədə məsul olan hökumət və kəşfiyyat rəsmiləri olduğunu dilə gətirir. Öndə gələn insan hüquqları qurumlarına görə, Suriyada 8 həftədir davam edən nümayişlərə müdaxilələrdə 600 nəfər həlak olub, 8 min nəfər də həbs olunub.





Tofiq Əliyev



O.M.